Banklar faizlərin aşağı salınmasında niyə maraqlı deyillər? - Rəy

16:12 31.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin 2019-cu il ildə problemli kreditlərin həlli istiqamətində verdiyi fərmanla vətəndaşların problemli kreditləri həll olundu, bankların da passiv büdcəsi yenidən aktivləşdi. Buna baxmayaraq banklar faizlərin aşağı salınmasında hələ də maraqlı görünmürlər. Vətəndaşlar hələ də yüksək faizlərlə kredit əldə edirlər.

İqtisadçı ekspert Akif Nəsirli hafta.az-a açıqlamasında dedi ki, bank faizlərinin aşağı düşməsi üçün kommersiya banklarına Mərkəzi bank kömək etməli, banklar da xidmət haqlarına tutduqları faizləri aşağı salmalıdırlar:

“Bank faizlərinin yüksək olmasının birinci səbəbi kreditlərin məbləği ilə bağlıdır. Yəni bu gün ölkədə verilən kreditlərin 78 faizi depozitə qoyulan əmanətlər hesabınadır. 9-11 faizlə depozit qəbul edilirsə, üstəlik 6-8 faiz bank xidmətləri ümümi faizin miqdarını çoxaltmış olur. Hazırda minimum 20 faizlə kreditlər verilir. Bu göstərici əslində 24-25 faizə bərabərdir. Ölkədə Mərkəzi Bank böyük kommersiya banklarına donorluq etməlidir. Yəni onları ucuz pulla təmin etməlidir ki, aşağı fazilə kredit verə bilsinlər. İkinci addım o ola bilər ki. xaricdən də vəsait cəlb olunsun. Ucuz vəsaitlər xaricdən cəlb olunsa verilən kreditlərin faiz göstəricilərini dəyişmək olar. Bu istiqamətdə Azərbaycanda heç bir iş görmür. Yəni Mərkəzi Bank kommersiya banlklarına donorluq etmir, xaricdən vəsait cəlb eləmir. Problemli kreditlərin həll edilməsi bank faizlərinin aşağı düşməsinə elə də təsir edə bilməz. Əsas təsiredici amil minimum kreditlərin depozitlərdən asıllığını azaltmaq, xaricdən vəsait cəlb etmək olardı. Çalışıb bu istiqamətdə addımlar atılmalıdır”

İqtisadçı ekspert Samir Əliyev isə dedi ki, faiz dərəcələrinin azaldılması üçün ilk növbədə banklar ucuz pul kütləsi cəlb etməlidir: Azərbaycanda fəaliyyət göstərən banklar xarici banklardan kredit alır. Cəlb etdikləri vəsaitin üzərinə də öz faizlərini əlavə edən banklar isə bunu müştərilərə təklif edir. Çox az bank var ki, onlar pulu kənardan cəlb edirlər. Daha aşağı fazilə pul götürə bilmək üçün bizim bankların beynəlxalq reytinq siyahılarında irəliləməsi lazımdır. Çünki aşağı faizli pulları daha çox yüksək reytinqli banklar əldə edirlər. Bizim bankların əksəriyyəti bir başa yox vasitəçi banklardan pulu götürürlər. O banklardan bu vəsaitləri 4-5 %-ə alır və üzərinə öz faizini əlavə edərək bizim yerli banklara satır. Nəticədə, Azərbaycandakı banklar bu kreditləri 7-8 %-ə əldə edirlər. Bu isə bankın verdiyi kreditin baha olmasına gətirib çıxarır",- deyə Samir Əliyev qeyd edir. Banklar özlərini risklərdən qorumaq, zərər etməmək üçün faiz dərəcələrini yüksək səviyyədə saxlayırlar.  Fikrimcə, banklar mobil bankçılığı inkişaf etdirməlidirlər”.